Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb Ukrayna prezidenti vəzifəsinin icrasına başlamış Vladimir Zelenski Birləşmiş Ştatların nümayəndələri ilə görüşüb.
Digər ölkələr
21 May , 2019 00:07
Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Ukrayna prezidenti vəzifəsinin icrasına başlamış Vladimir Zelenski Birləşmiş Ştatların nümayəndələri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüşün gedişatında "Rusiya təcavüzü"nə əks təsir məsələlərini müzakirə ediblər.

"ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən sərbəst gəlməyi bacarmayacağıq. Buna görə sizin köməyiniz lazımdır", - deyə Zelenski rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini davam etdirməyə çağırıb.

Daha əvvəl məlum olub ki, Ukrayna prezidenti Ali Radanı vaxtından əvvəl buraxacaq.

Son xəbərlər

Orphus sistemi