Zaxarova: “Moskva Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı təşviq etməyə hazırdır”

Zaxarova: “Moskva Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı təşviq etməyə hazırdır” Rusiya hər zaman Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasından yana olub.
Digər ölkələr
2 Sentyabr , 2021 18:42
Zaxarova: “Moskva Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı təşviq etməyə hazırdır”
Mariya Zaxarova

Rusiya hər zaman Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasını istəyib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O, münasibətlərin mərhələli yaxşılaşmasını nəzərdə tutan Sürix Protokollarını xatırladıb.

“Rusiya bu məsələdə, sadəcə, vasitəçi rolunu oynamayıb, real təsirli rol oynayıb. Təəssüf ki, təşəbbüslər tərəflər tərəfindən həyata keçirilmədi. İndi iki qonşu dövlətin qarşılıqlı hörmət və maraqların nəzərə alınması əsasında yaxınlaşmasını təşviq etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - M.Zaxarova deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, Türkiyə ilə Ermənistan arasındakı qarşılıqlı hörmətə əsaslanan münasibətlər regionda sülh, sabitlik və firavanlığa töhfə verərdi.

Son xəbərlər

Orphus sistemi