Yüzlərlə Rio sakini Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb

Yüzlərlə Rio sakini Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
Digər ölkələr
4 Avqust , 2016 09:46
Yüzlərlə Rio sakini Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Olimpiya Oyunları-2016-ya böyük vəsaitin xərclənməsindən narazı olan yüzlərlə etirazçı Rio-de-Janeyroda Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Olimpiya məşəlinin rəsmi qarşılanma mərasimində polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli KİV hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, bir qrup nümayişçi məşəlin keçməli olduğu yolu bağlayıb.

Qeyd edək ki, dünən gecə Olimpiya məşəli açılışı avqustun 5-də olacaq Oyunlar ərəfəsində yelkənli gəmidə Rio-de-Janeyroya gətirilib. Məşəli şəhər meri Eduardo Paes qarşılayıb.

Əvvəlcədən Olimpiya məşəlinin bütün şəhər daxilində, o cümlədən, yoxsul rayonlarda nümayiş etdirilərək İsa Məsihin heykəlinin yanına, sonra isə "Marakana" stadionuna aparmaq planlaşdırılırdı. Lakin etiraz aksiyasından sonra marşrut bir qədər dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi