Yüzlərlə qanunsuz miqrant Qvatemaladan Meksikaya gəlib

Yüzlərlə qanunsuz miqrant Qvatemaladan Meksikaya gəlib Qvatemaladan 1,2 min nəfərdən çox qanunsuz miqrant karvanı Meksikaya gəlib.
Digər ölkələr
5 İyun , 2019 23:52
Yüzlərlə qanunsuz miqrant Qvatemaladan Meksikaya gəlib

Qvatemaladan 1,2 min nəfərdən çox qanunsuz miqrant karvanı Meksikaya gəlib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə "Televisa" telekanalı məlumat yayıb.

Məlumata görə, sənədləri olmayan miqrantlar polis tərəfindən qorunmayan sərhəd körpüsünü keçiblər. Onlar bundan sonra Tapaçula rayonu ərazisinə istiqamətləniblər.

Bundan əz əvvəl isə Qvatemala və Meksika sərhədini Afrika ölkələrindən olan miqrant qrupu keçib. Onların sayı barədə məlumat verilmir. 

Daha əvvəl ABŞ ərazisinə keçməyə çalışan 100-ə yaxın mərkəzi amerikalı miqrantlardan ibarət birinci qrup Meksikadan göndərilib.

Son xəbərlər

Orphus sistemi