YUNİSEF: Son günlər Hələbdə 96 uşaq öldürülüb

YUNİSEF: Son günlər Hələbdə 96 uşaq öldürülüb Daha 223 azyaşlı yaralanıb
Digər ölkələr
28 Sentyabr , 2016 23:09
YUNİSEF: Son günlər Hələbdə 96 uşaq öldürülüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Son günlər Suriyanın Hələb şəhərinin şərqində gedən hərbi əməliyyatlarda 100-ə yaxın uşaq həlak olub.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (YUNİSEF) məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər davam edən ağır döyüşlər zamanı 220-dən çox uşaq yaralanıb.

YUNİCEF-in direktor müavini Castin Forsayt bildirib ki, Hələbin azyaşlı sakinləri dəhşətli vəziyyətdə yaşayırlar. "Onların əzablarını sözlə ifadə etmək mümkün deyil" – deyə YUNİSEF rəsmisi bildirib.

Fondun bəyanatında bildirilir ki, cümə günündən bu günə kimi Hələbin şərqində gedən hərbi əməliyyatlar zamanı 96 uşaq öldürülüb, 223 azyaşlı yaralanıb.

Son xəbərlər

Orphus sistemi