Yunanıstanın yeni hökuməti and içib

Yunanıstanın yeni hökuməti and içib Yunanıstanın Prezident Sarayında dövlət başçısı Prokopis Pavlopulosun iştirakı ilə yeni hökumətin andiçmə mərasimi keçirilib.
Digər ölkələr
9 İyul , 2019 14:19
Yunanıstanın yeni hökuməti and içib

Yunanıstanın Prezident Sarayında dövlət başçısı Prokopis Pavlopulosun iştirakı ilə yeni hökumətin andiçmə mərasimi keçirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Afina və bütün Yunanıstan arxiyepiskopu II İeronimosun hüzurunda yeni hökumət üzvləri əllərini İncilə basaraq ölkə Konstitusiyası və qanunlarına əməl edəcəklərinə, yunan xalqının xidmətində duracaqlarına and içiblər.

Xatırladaq ki, Yunanıstanın yeni baş naziri Kiriakos Mitsotakis ötən gün and içərək vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi