Yunanıstanın XİN başçısı təhdid məktubu alıb

Yunanıstanın XİN başçısı təhdid məktubu alıb Polis araşdırmaya başlayıb
Digər ölkələr
2 Fevral , 2018 15:03
Yunanıstanın XİN başçısı təhdid məktubu alıb
AFP 2018/ HOANG DINH Nam

Bakı. 2 fevral. REPORT.AZ/ Yunanıstanın xarici işlər naziri Nikos Kotzias təhdid məktubu alıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Vətəndaşların müdafiəsi naziri Nikos Toskas məktubda "Bizdə sənin üçün üç güllə var" sözlərinin yazıldığını bildirib.

Onun sözlərinə görə, polis bu cür təhdidlərə ciddi yanaşır və artıq araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi