Yunanıstanın Ukraynadakı Səfirliyi işini bərpa edir

Yunanıstanın Ukraynadakı Səfirliyi işini bərpa edir Yunanıstan Ukraynanın paytaxtında səfirliyini yenidən açmaq qərarına gəlib.
Digər ölkələr
11 May , 2022 08:34
Yunanıstanın Ukraynadakı Səfirliyi işini bərpa edir

Yunanıstan Ukraynanın paytaxtında səfirliyini yenidən açmaq qərarına gəlib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan az sonra Kiyevi tərk edən diplomatik missiya yenidən şəhərdə işləyəcək.

Səfirlik Odessadakı Baş Konsulluğu ilə birlikdə adi qaydada fəaliyyət göstərərək, Yunanıstan vətəndaşlarına, eləcə də Ukraynadakı yunan miqrantlarına hər cür yardım göstərməyə davam edəcək.

Bununla yanaşı, Yunanıstan Xarici İşlər Nazirliyi öz dövlətinin vətəndaşlarına Ukraynaya səfər etməyi hələ tövsiyə etmir.

Son xəbərlər

Orphus sistemi