Yunanıstanın sabiq naziri suda boğulub

Yunanıstanın sabiq naziri suda boğulub Yunanıstanın İctimai asayiş Nazirliyinin keçmiş rəhbəri, 77 yaşlı Sifis Valirakis suda boğulub.
Digər ölkələr
25 Yanvar , 2021 01:25
Yunanıstanın sabiq naziri suda boğulub
Sifis Valirakis

Yunanıstanın İctimai asayiş Nazirliyinin keçmiş rəhbəri, 77 yaşlı Sifis Valirakis suda boğulub.

Bu barədə “Report” "Skai" telekanalına istinadən xəbər verir.

KİV qeyd edib ki, Valirakis Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb.

Ancaq o uzun müddət evə qayıtmayıb. Ona görə də xanımı bu barədə sahil mühafizəsi xidmətini xəbərdar edib. Mühafizə xidmətinin əməkdaşları axtarışların gedişatında onun mindiyi qayığı tapıblar, qayıqda sualtı ov üçün iki tüfəng də aşkarlanıb.

Sabiq nazirin özünün meyiti daha sonra kiçik Evbeya adasının yaxınlığındakı qayaların yanında tapılıb.

İlkin versiyaya görə, nazir qayıqdan sürüşərək suya düşüb və ya vəziyyəti pisləşib.

Valirakis 1995-1996-cı illərdə nazir olub. O, həmçinin 1997-ci ildə deputat seçilib.

Son xəbərlər

Orphus sistemi