Yunanıstanın maliyyə naziri: Avrozonadan çıxmayacayıq

Yunanıstanın maliyyə naziri: Avrozonadan çıxmayacayıq Ölkə hökuməti Riqada keçiriləcək Avroqrupun maliyyə nazirləri ilə görüşündə razılığa gələcəyinə ümid edir
Digər ölkələr
18 Aprel , 2015 00:17
Yunanıstanın maliyyə naziri: Avrozonadan çıxmayacayıq

Bakı. 18 aprel. REPORT.AZ/ Yunanıstanın maliyyə naziri Yanis Varufakis Vaşinqtonda jurnalistlərə verdiyi müsahibədə ölkəsinin avrozonada qalacağını vurğulayıb.

"Report"un AZƏRTACa istinadən verdiyi xəbərə görə, nazir Yunanıstanın beynəlxalq kreditorlarla “ədalətli saziş” imzalanacağına inamını ifadə edib. Eyni zamanda məmur kreditorların ölkədə sərt iqtisadi islahatlarla bağlı tələblərini tənqid edib və ölkə iqtisadiyyatına zərər gətirə biləcək islahatlara imza atmayacağını söyləyib. Yeni 7,2 milyard avro dəyərində maliyyə yardımını almaq məqsədilə Yunanıstan kreditorlar tərəfindən qəbul edilmiş iqtisadi islahatları yerinə yetirməlidir. Ölkə hökuməti aprelin 24-də Riqada keçiriləcək Avroqrupun maliyyə nazirləri ilə görüşündə razılığa gələcəyinə ümid edir.

Son xəbərlər

Orphus sistemi