Yunanıstanın Braziliyadakı səfirinin arvadı ərinin qətlini 25 min dollara təşkil edib

Yunanıstanın Braziliyadakı səfirinin arvadı ərinin qətlini 25 min dollara təşkil edib Kiriakos Amiridis arvadının tapşırığı ilə polis tərəfindən qətlə yetirilib
Digər ölkələr
31 Dekabr , 2016 05:50
Yunanıstanın Braziliyadakı səfirinin arvadı ərinin qətlini 25 min dollara təşkil edib

Bakı. 31 dekabr. REPORT.AZ/ Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis həyat yoldaşı Fransuaza Amiridisin tapşırığı ilə polis əməkdaşı tərəfindən qətlə yetirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli istintaq idarəsinin bəyanatında bildirlir.

Qeyd olunur ki, Amiridisin həyat yoldaşı, qadının 29 yaşlı polis sevgilisi və onun xalası oğlu saxlanılıb. Rio-de-Janeyro müstəntiqi Evaristo Pontes Maqalyaisin sözlərinə görə, xanım Amiridis cinayəti törədənlərdən birinə 25 min dollar vəd edib.

Son xəbərlər

Orphus sistemi