Rio-de-Janeyroda Yunanıstan səfirinin yandırılmış cəsədi tapılıb - YENİLƏNİB

Rio-de-Janeyroda Yunanıstan səfirinin yandırılmış cəsədi tapılıb - YENİLƏNİB Diplomatın cəsədi ekspertizaya göndərilib
Digər ölkələr
30 Dekabr , 2016 03:21
Rio-de-Janeyroda Yunanıstan səfirinin yandırılmış cəsədi tapılıb - YENİLƏNİB

Bakı. 30 dekabr. REPORT.AZ/ Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis tərəfindən kirayəyə götürülmüş avtomobil Braziliyanın Rio-de-Janeyro şəhərində yandırılmış vəziyyətdə tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, avtomobilin içində səfirin yanmış meyiti aşkarlanıb. Cəsəd ekspertizaya göndərilib.

Polisin ilkin məlumatında bildirilir ki, səfiri son dəfə Rio-de-Janeyroda dekabrın 26-da görüblər. Onun yoxa çıxması barədə məlumatı polisə həyat yoldaşı verib.

Məzuniyyətdə olan səfir iş başına yanvarın 9-da qayıtmalı idi.  

Amiridis 2016-cı ilin yanvarında səfir vəzifəsinə təyin olunub. O, 2001-ci ildən 2004-cü ilə qədər Yunanıstanın Rio-dakı baş konsulu olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.



***21:28

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "Globo" telekanalı xəbər yayıb.

MəIumata görə, Riodakı diplomatik missiyanın başçısı milad tətilini keçirmək üçün ölkənin paytaxtını tərk edib. Onun yox olması haqqında xəbəri xanımı verib. Qadın bildirib ki, əri ilə telefonla əlaqə saxlaya bilməyib.

Hazırda polis diplomatı axtarır. Hakimiyyət orqanları kömək üçün əhaliyə müraciət edib. Onu sonuncu dəfə dekabrın 26-da görüblər.

Telekanal qeyd edir ki, Amiridis 2016-cı ilin yanvarında səfir vəzifəsinə təyin olunub. O, 2001-ci ildən 2004-cü ilə qədər Yunanıstanın Rio-dakı baş konsulu olub.

Son xəbərlər

Orphus sistemi