Yunanıstanın Baş naziri ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək

Yunanıstanın Baş naziri ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək Bakı. 20 oktyabr. REPORT.AZ/ Yunanıstanın Baş naziri Aleksis Tsipras bundan sonra ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək.
Digər ölkələr
20 Oktyabr , 2018 16:23
Yunanıstanın Baş naziri ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək
РИА Новости / Алексей Витвицкий

Bakı. 20 oktyabr. REPORT.AZ/ Yunanıstanın Baş naziri Aleksis Tsipras bundan sonra ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında prezident sarayında Prezident Prokopis Pavlopulosun iştirakı ilə A.Tsiprasın ölkənin xarici işlər naziri kimi andiçmə mərasimi keçirilib. 

Daha sonra Yunanıstan Xarici İşlər Nazirliyində işlərin təhvil-təslim mərasimi baş tutub.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bu günlərdə istefa verib.

Son xəbərlər

Orphus sistemi