Yunanıstan polisi 1985-ci ildə baş vermiş təyyarə oğurluğunda şübhəli bilinərək saxlanılmış 65 yaşlı livanlını azadlığa buraxıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vətəndaşların Müdafiəsi Nazirliyindən bildirilib.
Şübhəli şəxs sentyabrın 19-da Mikonosda Almaniyanın hüquq-mühafizə orqanlarının sorğusu üzrə saxlanılıb. Livanlı terrorçuluqda və insan oğurluğunda ittiham edilib. Bildirilib ki, guya o,1985-ci ilin 14 iyununda "Trans World Airline" şirkətinin "Boeing 727" təyyarəsinin oğurluğuna cəlb olunub və İsrailin, cənubi Livanın həbsxanalarındakı məhbusların azadlığa buraxmağı tələb edib. Həmin vaxt girov götürülmüş sərnişinlər və təyyarənin ekipaj üzvləri terrorçular tərəfindən 17 gün saxlanılıb, terror aktı zamanı habelə bir nəfər öldürülüb.
Araşdırmadan sonra saxlanılan şəxsin jurnalist olduğu və terrorçu ilə eyni soyadı daşıması məlum olub. Bundan əvvəl Almaniyanın hüquq-mühafizə orqanlarına livanlının barmaq izləri və sənədləri göndərilib.
Məhkəmə həmin şəxsi azad edib.