Yuxarı

Yunanıstanda tarixi referendum başladı

Seçiciləri beynəlxalq maliyyə dəstəyinə münasibət bildirir

Bakı. 5 iyul. REPORT.AZ/ Yunanıstanda ölkəyə beynəlxalq maliyyə dəstəyi ilə bağlı referendum keçirilir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, sesvermə prosesi yerli saatla 07.00-dən axşam 19.00-a qədər davam edəcək. Ölkədə səs vermə hüququna 9 milyon 855 min vətəndaş malikdir.

Baş nazir Aleksis Tsiprasın “Yox” kampaniyasını dəstəkləmək üçün ötən gün paytaxt Afinada keçirilən yürüşdə iştirak edib.

Avropa Birliyi liderləri isə xəbərdarlıq edib ki, “Yox” nəticəsi Yunanıstanın avrozonanı tərk etməsinə səbəb ola bilər.

Yunanıstanın iqtisadiyyatı, yeni fondlardan məhrum olduğu üçün, daha da pisləşib. Banklar bağlanıb və nəğd çıxarmalarına məhdudiyyət qoyulub.

Yunanıstan aylardır, kreditorlar ilə çıxış yolu tapa bilmir, lakin yalnız keçən həftə referendumun keçiriləcəyini elan edib.

Ethnos qəzetində dərc edilmiş sorğunun nəticələrinə görə “Hə” tərəfdarları az fərqlə öndədir. Sorğu iştirakçılarının 44.8 faizi “Hə”, 43.4 faizi isə “Yox” deyəcəyini bildirib.

Səsvermənin ilkin nəticələri bu gün Bakı vaxtı ilə saat 23.00-da açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi