Yunanıstanda Rusiya vətəndaşı 4 mlrd. dolların bitkoin vasitəsilə "yuyulmasına" görə saxlanılıb

Yunanıstanda Rusiya vətəndaşı 4 mlrd. dolların bitkoin vasitəsilə "yuyulmasına" görə saxlanılıb O, 2011-ci ildən cinayətkar təşkilata rəhbərlik edib
Digər ölkələr
26 İyul , 2017 15:58
Yunanıstanda Rusiya vətəndaşı 4 mlrd. dolların bitkoin vasitəsilə yuyulmasına görə saxlanılıb

Bakı. 26 iyul. REPORT.AZ / Yunanıstan polisi bitkoin vasitəsilə pulların "yuyulması"nda şübhəli bilinərək ABŞ tərəfindən axtarışda olan Rusiya vətəndaşını saxlayıb. 

Bu barədə "Report" RBK-ya istinadən xəbər verir.

Belə ki, 38 yaşlı rusiyalı iyulun 25-də səhər saatlarında Saloniki şəhərində saxlanılıb. Polisin məlumatına görə, o, 2011-ci ildən cinayətkar təşkilata rəhbərlik edib. Bu dövr ərzində qrup iştirakçıları ən azı 4 mlrd. ABŞ dollarını leqallaşdırıb.

Həbs ABŞ-ın sorğusu əsasında baş verib.

Son xəbərlər

Orphus sistemi