Yunanıstanda ölkənin bütün hava məkanına nəzarət edən radar sisteminin nasazlığı səbəbindən onlarla reys 2 saatdan çox təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə “Efimerida ton Syntakton” qəzeti məlumat yayıb.
Məlumata görə, Yunanıstanın radar sistemi 90 dəqiqə nasaz olub.
Hadisə baş verən zaman podratçı şirkət fasiləsiz enerji təchizatı sistemi üzərində işləyib və naməlum səbəbdən elektrik kabeli yanıb.