Yunanıstanda qar yollarda problemlər yaradıb

Yunanıstanda qar yollarda problemlər yaradıb Afina - Lamiya magistral yolunda 15 kilometrlik tıxac yaranıb
Digər ölkələr
23 Dekabr , 2017 14:19
Yunanıstanda qar yollarda problemlər yaradıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Yunanıstanda yağan qışın ilk qarı avtomobil yollarında problemlər yaradıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yağan qar yollarda bir neçə kilometrlik tıxaclara səbəb olub.

Afina - Lamiya magistral yolunda isə 15 kilometrlik tıxac yaranıb. Buradakı avtomobillər, təxminən, səkkiz saat tıxacda qalıb.

Fırtına səbəbi ilə gəmilər Rafina və Lavrio limanlarını tərk edə bilmirlər, Pireydən Kiklad adalarına bərələrin hərəkəti də dayandırılıb.

Son xəbərlər

Orphus sistemi