Bakı. 30 sentyabr. REPORT.AZ/ Yunanıstanda qaçqın düşərgəsində toqquşma olub.
"Report"un məlumatına görə, bu barədə "İefimerida.gr" məlumat yayıb.
Məlumata görə, hadisə Malakas şəhərindəki miqrasiya mərkəzində qeydə alınıb. Suriya və Əfqanıstan qaçqınları arasında baş verən qarşıdurmada 1 nəfər ölüb. Ölən şəxsin 31 yaşlı suriyalı olduğu bildirilir. O, toqquşma zamanı döyülərək aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Qarşıdurma zamanı həmçinin daha 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı təhqiqat aparır.