Yuxarı
    Bağlamaq

    Yunanıstanda narkodiler qruplaşmasının 7 üzvü həbs edilib

    Cinayətkarlardan 1,5 tondan çox marixuana götürülüb© Courtesy İmage

    Bakı. 9 aprel. REPORT.AZ/ Yunanıstanın Sahil Mühafizəsi Albaniyadan İtaliyaya külli miqdarda narkotik maddə daşıyan beynəlxalq qruplaşmanı müəyyənləşdirdiyini xəbər verib.

    "Report"un xarici mətbuaata istinadən verdiyi məlumata görə, qurum narkotik maddələrin daşınması üçün sürətli katerlərdən istifadə edildiyini bildirib.

    Sahil Mühafizəsinin Narkotiklərlə Mübarizə bölməsi bununla bağlı keçirilən əməliyyat zamanı 7 nəfəri həbs edib. Onlardan 5-i alban, 2-i yunandır. Cinayətkarlardan 1,5 tondan çox marixuana götürülüb və qruplaşmanın 2 sürətli kateri müsadirə edilib.

    Hesablamalara əsasən qruplaşma üzvləri qeyri-leqal yolla milyonlarla avro pul qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi