Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Prezident Sarayında Yunanıstanın müvəqqəti hökuməti dövlət başçısı Prokopis Pavlopulosun iştirakı ilə keçirilən mərasimdə and içib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Dünən müvəqqəti hökumətin baş naziri, Yunanıstan Ali Məhkəməsinin sədri Vasiliki Tanu-Xristofilunun andiçmə mərasimi baş tutub.
Müvəqqəti hökumətdə Yunanıstan Maliyyə Nazirliyinə son aylar beynəlxalq kreditorlarla danışıqlar aparan Yorqis Xuliarakis rəhbərlik edir. Ölkənin xarici işlər naziri isə artıq iki dəfə bu vəzifəni icra edən Petros Molivyatis olub. Nazirlər Kabinetinin tərkibini bu gün müvəqqəti hökumətin rəsmi nümayəndəsi Rodolfos Moronis elan edib.