Yuxarı
    Bağlamaq

    ​Yunanıstanda miqrantları daşıyan qayıq batıb

    Hadisə nəticəsində 26 nəfər itkin düşüb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Yunanıstan sahillərində göyərtəsində 46 qaçqının olduğu qayıq batıb.

    "Report" xəbər verir ki, hazırda sahil mühafizə xidməti itkin düşən 26 nəfərin axtarışı ilə məşğuldur.

    Qayığı Xarici Sərhədlərə Nəzarət üzrə Avropa Agentliyinin vertolyotu aşkar edib. Hadisə yerinə iki gözətçi gəmisi cəlb olunub və 20 nəfər xilas edilib.

    Qayıq sərnişinlərinin milliyəti barədə məlumat yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi