Yunanıstanda məhbusların dron vasitəsilə bağlamalar aldığı məlum olub

Yunanıstanda məhbusların dron vasitəsilə bağlamalar aldığı məlum olub Yunanıstanda məhbuslara dron vasitəsilə bağlamalar göndərildiyi ortaya çıxıb.
Digər ölkələr
3 Fevral , 2020 12:23
Yunanıstanda məhbusların dron vasitəsilə bağlamalar aldığı məlum olub

Yunanıstanda məhbuslara dron vasitəsilə bağlamalar göndərildiyi ortaya çıxıb. 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Trikala şəhər həbsxanasında qeydə alınıb. 

Belə ki, cəzaçəkmə müəssisəsinin mühafizə xidməti fevralın 1-i axşam saatlarında həbsxana üzərindən 2 dronun uçmasının şahidi olub. Nəticədə həbsxanada yoxlama keçirilib və üç kağız paket aşkarlanıb. Həmin paketlərdə 5 mobil telefon, 8 sim kart, USB kabeli və qulaqlıqlar olub. Hazırda faktla bağlı istintaq aparılır.

Xatırladaq ki, dronların həbsxana üzərindən uçuşu ötən il də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi