Bakı. 24 iyul. REPORT.AZ/ Yunanıstanda meşə yanğını nəticəsində 50 nəfərin ölümü və 156 nəfərin xəsarət alması ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə ilə bağlı xaricə səfərini təxirə salan Yunanıstanın baş naziri Aleksis Sipras sərəncam imzalayıb.
Bildirilib ki, yanğın arasında 26 nəfərin meyiti çıxarılıb. Yüzlərlə ev yanaraq külə dönüb.
Sənədə əsasən, yanğın çıxan bölgələrdə fövqəladə vəziyyət elan edilib.
Yunanıstan hökuməti Avropa Mülkii Müdafiə Qüvvələrindən yardım istəyib.
Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana yardım etməyə hazır olduqlarını bildirib.

