Yunanıstanda lokdaun müddəti bir daha uzadıldı

Yunanıstanda lokdaun müddəti bir daha uzadıldı Yunanıstan hökuməti ölkədə koronavirus epidemiyasının qarşısını almaq məqsədilə lokdaun tədbirlərinin müddətini 7 yanvar tarixinədək uzatdı.
Digər ölkələr
7 Dekabr , 2020 18:34
Yunanıstanda lokdaun müddəti bir daha uzadıldı

Yunanıstan hökuməti ölkədə koronavirus epidemiyasının qarşısını almaq məqsədilə lokdaun tədbirlərinin müddətini yanvarın 7-dək uzatdı.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hökumət sözçüsü Stelios Petsas mətbuat konfransında gecə saatlarında komendant saatının, prefekturadan kənara səyahətə qoyulan qadağanın qüvvədə qaldığını, məktəblərin, iaşə məkanlarının, məhkəmələrin, xizək istirahət mərkəzlərinin bağlı qalacağını bildirib.

Bununla yanaşı, futbol və basketbol çempionatlarının yüksək liqası istisna olmaqla, idman yarışları da təxirə salınır. Xaricdən gələnlər üçün dekabrın 18-dən etibarən icbari 10 günlük karantin qaydası tətbiq olunur.

Həmçinin həftə ərzində kilsələr, bərbərxanalar, ticarət mərkəzləri ilə bağlı da qərarın açıqlanacağı diqqətə çatdırılıb.

Bundan əvvəl ölkənin baş naziri Kiriyakos Mitsotakis hökumətin iclası zamanı koronavirusa qarşı peyvəndləməyə yanvar ayının əvvəlindən başlamaq niyyətində olduqlarını açıqlamışdı.

Xatırladaq ki, Yunanıstan hökuməti 26 noyabr və 3 dekabr tarixlərində də lokdaunu uzatmaq barədə qərarlar vermişdi.

Son xəbərlər

Orphus sistemi