Yunanıstanda koronavirusdan ölənlərin sayı artdı

Yunanıstanda koronavirusdan ölənlərin sayı artdı Yunanıstanda koronavirus infeksiyasından ölənlərin sayı 3 nəfərə çatıb.
Digər ölkələr
14 Mart , 2020 14:23
Yunanıstanda koronavirusdan ölənlərin sayı artdı

Yunanıstanda koronavirus infeksiyasından ölənlərin sayı 3 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirusun yeni qurbanı 67 yaşlı kişi olub.

Məlumata görə, mərhum 2 gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bu gün Yunanıstanda ölənlərin sayının 2-yə çatdığı açıqlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 147 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 146 314-ə çatıb. Bunların 72 556 nəfəri sağalıb, 5 443 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb

Son xəbərlər

Orphus sistemi