Yunanıstanda koronavirusa yoluxanların sayı artdı

Yunanıstanda koronavirusa yoluxanların sayı artdı Yunanıstanda daha 1 nəfərdə koronavirus aşkarlanıb.
Digər ölkələr
28 fevral 2020 11:39
Yunanıstanda koronavirusa yoluxanların sayı artdı
google.az

Yunanıstanda daha 1 nəfərdə koronavirus aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 4-ə çatıb.

Məlumata görə, yoluxan şəxs daha öncə İtaliyaya səfər etmiş 36 yaşlı yunanıstanlı qadındır. Bildirilir ki, qadının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Yunanıstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 867 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 877-dən çoxdur.

Son xəbərlər

Orphus sistemi