Yunanıstanda jurnalistə sui-qəsd edilib

Yunanıstanda jurnalistə sui-qəsd edilib . Cinayətkarlar hadisə yerindən qaçaraq gizlənib.
Digər ölkələr
27 İyul , 2020 11:56
Yunanıstanda jurnalistə sui-qəsd edilib
Stefanos Xios

Yunanıstanda naməlum şəxslər yerli “Makeleio” qəzetinin əməkdaşı Stefanos Xiosya qarşı sui-qəsd törədiblər. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ERT dövlət telekanalı məlumat yayıb.

Hadisə jurnalistin Afinada yaşadığı evin yaxınlığında baş verib. Maskalı iki şəxs avtomobilin pəncərəsindən S.Xiosa iki dəfə atəş açıblar.

Güllələrdən biri onun boğazına, digəri isə döş qəfəsinə dəyib. Həkimlər bildiriblər ki, jurnalistin döş qəfəsinə dəyən güllə onun ürəyinin yanından keçib.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi