Yunanıstanda baş verən iğtişaşlarda polis gözyaşardıcı qazdan istifadə edib

Yunanıstanda baş verən iğtişaşlarda polis gözyaşardıcı qazdan istifadə edib 12 mindən çox insan hökümətin sərt qənaət tədbirlərinə etiraz edib
Digər ölkələr
16 İyul , 2015 02:46
Yunanıstanda baş verən iğtişaşlarda polis gözyaşardıcı qazdan istifadə edib

Bakı. 16 iyul. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada parlament binasının qarşısında toplanan 12 mindən çox insan hökümətin sərt qənaət tədbirlərinə etiraz olaraq iğtişaşlar törədib. "Report"un  BBC-yə istinadən verdiyi xəbərə görə, etirazçılar polis əməkdaşlarına daş və “Molotov kokteyli” atıblar. Polis, öz növbəsində, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.

Növbəti üç il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən Yunanıstan höküməti ilə kreditorlar arasında əldə olunmuş razılaşma, o cümlədən, vergilərin artırılması və təqaüd yaşının yüksəldilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi