Yunanıstanda güclü partlayış olub

Yunanıstanda güclü partlayış olub Bakı. 22 avqust. REPORT.AZ/ Yunanıstanın Pirey şəhərində vəkil kontorunun qarşısında güclü partlayış baş verib.
Digər ölkələr
22 Avqust , 2018 10:09
Yunanıstanda güclü partlayış olub
AP Photo / Thanassis Stavrakis

Bakı. 22 avqust. REPORT.AZ/ Yunanıstanın Pirey şəhərində vəkil kontorunun qarşısında güclü partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində qonşu binalara, eləcə də yaxınlıqda park edilmiş avtomobillərə zərər dəyib.

Şahidlərin sözlərinə görə, partlayışdan az əvvəl - yerli vaxtla gecə saat 2-də binanın qarşısında avtomobil dayanıb, ondan çıxan şəxs kontorun qarşısına nəsə qoyaraq avtomobilinə minib və oradan uzaqlaşıb. Bundan sonra partlayış baş verib.

Qeyd edək ki, partlayış dəniz hüququ ilə bağlı işlərlə məşğul olan vəkil Qriqorios Timagenisin ofisinin qarşısında baş verib. O, Yunanıstan Dəniz Ticarət Palatasının və Beynəlxalq Ticarət Palatasının arbitrajında hakimdir.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi