​Yunanıstanda göyərtəsində mühacirlər olan iki gəmi batıb, 21 nəfər ölüb

​Yunanıstanda göyərtəsində mühacirlər olan iki gəmi batıb, 21 nəfər ölüb Kalolimnos adası yaxınlığında qəzaya uğrayan gəmidəki sərnişinlərin sayı isə məlum deyil
Digər ölkələr
22 Yanvar , 2016 11:58
​Yunanıstanda göyərtəsində mühacirlər olan iki gəmi batıb, 21 nəfər ölüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Egey dənizinin Yunanıstan sahillərinə yaxın ərazidə mühacirlərin olduğu iki gəminin batması nəticəsində azı 21 qaçqın boğularaq ölüb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, göyərtəsində 48 sərnişin olan gəmi Farmakonisi adası yaxınlığında batıb. Kalolimnos adası yaxınlığında qəzaya uğrayan digər gəmidəki sərnişinlərin sayı məlum deyil.

Xəbərə əsasən, Yunanıstan Sahil-Mühafizə Xidmətinin əməkdaşları 26 mühaciri xilas edib.

Son xəbərlər

Orphus sistemi