Yunanıstanda ən böyük qaçqın düşərgəsi tamamilə yanıb

Yunanıstanda ən böyük qaçqın düşərgəsi tamamilə yanıb Yanğının söndürülməsinə 25 yanğınsöndürən və 10 polis maşını cəlb edilib
Digər ölkələr
9 Sentyabr , 2020 11:22
Yunanıstanda ən böyük qaçqın düşərgəsi tamamilə yanıb

Yunanıstanın Lesbos adasında yerləşən Moria qaçqın düşərgəsi tamamilə yanıb.

“Report” xəbər verir ki, məlumatı ERT telekanalı yayıb.

Düşərgədə 12 800 nəfər yaşayırmış.

Düşərgə sakinləri dağlara çəkilib, ətraf ərazilərdə məskunlaşıb, bir çoxu isə şəhərə üz tutub.

Düşərgə ətrafında və onun yerləşdiyi ərazidə onlarla yanğın ocağı əmələ gəlib. Yanğının söndürülməsinə 25 yanğınsöndürən və 10 polis maşını cəlb edilib.

Məlumata görə, yanğın düşərgədə COVID-19-a 35 yoluxma faktı aşkarlanandan sonra baş verib.

Hadisənin səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu, Yunanıstanda ən böyük qaçqın düşərgəsi sayılır.

Son xəbərlər

Orphus sistemi