Yunanıstanda dörd terrorçu həbs edilib

Yunanıstanda dörd terrorçu həbs edilib Bu şəxslər qanlı əməllərini Yunanıstanda yox, Belçikada həyata keçirnək istəyib
Digər ölkələr
18 Yanvar , 2015 00:15
Yunanıstanda dörd terrorçu həbs edilib

BAKI. 18 yanvar. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərində ötən gün terror aktları hazırlamaqda şübhəli bilinən 4 nəfər həbs olunub.

"Report" RBK agentliyinə istinadla xəbər verir ki, yerli islam qruplaşmalarından birisinin üzvü olan bu şəxslər öz qanlı əməllərini Yunanıstanda yox, Belçikada həyata keçirnək istəyib.

Tutulanlar arasında uzun müddətdir axtarışda olan 27 yaşlı Abdulhamid Abaaudun olub olmadığı isə hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi