Bakı. 18 noyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada polis əməkdaşları ilə anarxistlər arasında baş verən toqquşmalarda 22 nəfər saxlanılıb.
Bu barədə "Report" "Washington Post"a istinadən xəbər verir.
Məlumata görə, onlardan 13-ü müxtəlif cinəytlərdə ittiham edilərək həbs olunublar.
Daha əvvəl polis əməkdaşlarının onlara butılkalar və alışdırıcı vasitələr atan 8 nəfəri saxladığı bildirilirdi. Qeyd edilir ki, toqquşmalar zamanı bir neçə polis əməkdaşı xəsarət alıb.