​Yunanıstanda bankların üç həftə bağlanması ölkəyə 3 mlrd avroya başa gəlib

​Yunanıstanda bankların üç həftə bağlanması ölkəyə 3 mlrd avroya başa gəlib Yunanıstan bankları iyulun 20 açılmalıdır
Digər ölkələr
18 İyul , 2015 18:00
​Yunanıstanda bankların üç həftə bağlanması ölkəyə 3 mlrd avroya başa gəlib

Bakı. 18 iyul. REPORT.AZ/ Yunanıstanda üç həftəlik "Bank tətilləri" və kapitalın hərəkətinə nəzarət Yunanıstana 3 milyard avroya başa gəlib. Bura turizm sektorundakı itkilər daxil deyil. Bu barədə "Report" Yunanıstanın Kathimerini qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Yunanıstanın ixracatçılar Assosiasiyası bildiri ki, təkcə pərakəndə ticarət sahəsi 600 mln. avro ziyan çəkib. Export da öz növbəsində 240 mln. avro itirib.

Yunanıstanda iyunun 29-dan "Bank tətilləri" elan olunmuşdu. Əvvəlcə güman edilirdi banklar 6 gün işləməyəcək. Sonra bu müddət iki dəfə uzadıldı. Yunanıstan bankları iyulun 20 açılmalıdır. 

Son xəbərlər

Orphus sistemi