​Yunanıstanda 5,9 bal gücündə zəlzələ baş verib

​Yunanıstanda 5,9 bal gücündə zəlzələ baş verib Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb
Digər ölkələr
17 Noyabr , 2015 11:35
​Yunanıstanda 5,9 bal gücündə zəlzələ baş verib

Bakı. 17 noyabr. REPORT.AZ/ Yunanıstanın qərbində yerləşən Levkada və Kerkira adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Afina Universitetinin Seysmoloji laboratoriyası məlumat yayıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xəbərə görə, yeraltı təkanların ocağı Levkada adasından 11 km cənub-qərbdə və ölkə paytaxtı Afinadan 290 km qərbdəki Preveza adasından 38 kim cənubda yerləşib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Seysmoloji Xidməti Yunanıstanın Lefkada adasında 6,4 bal gücündə zəlzələ olduğu haqda xəbər yaymışdı.

Son xəbərlər

Orphus sistemi