Yunanıstanda avtomobil körpüsü uçub

Yunanıstanda avtomobil körpüsü uçub Bakı. 10 noyabr. REPORT.AZ / Yunanıstanın Kavala şəhərində avtomobil körpüsü uçub.
Digər ölkələr
10 Noyabr , 2018 12:30
Yunanıstanda avtomobil körpüsü uçub
kathimerini.gr

Bakı. 10 noyabr. REPORT.AZ / Yunanıstanın Kavala şəhərində avtomobil körpüsü uçub.

Bu barədə "Report" "Kathimerini" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, uçan hissənin ümumi uzunluğu 15 metr təşkil edib. Körpüdə bu zaman minik avtomobili və avtokran olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunub ki, hadisə 50 tonluq avtokranın körpüyə çıxması nəticəsində baş verib. 

ERT telekanalın məlumatına görə, hərəkət hissəsi bu çəkiyə hesablanmayıb.

Son xəbərlər

Orphus sistemi