Yunanıstanda 250 kq. bombanın zərərsizləşdirilməsi üçün 72 min insan təxliyə edilib

Yunanıstanda 250 kq. bombanın zərərsizləşdirilməsi üçün 72 min insan təxliyə edilib Bomba II Dünya müharibəsi illərinə aiddir
Digər ölkələr
12 Fevral , 2017 15:29
Yunanıstanda 250 kq. bombanın zərərsizləşdirilməsi üçün 72 min insan təxliyə edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Yunanıstanın Saloniki şəhərində II Dünya müharibəsi illərinə aid 250 kq-lıq bombanın zərərsizləşdirilməsi üçün 2 km. radiusda yaşayan 72 min insan təxliyə edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bomba ötən həftə yanacaqdoldurma stansiyasında aparılan qazıntı işləri zamanı yerin 5 metr dərinliyində aşkar olunub.

İnsanlar məşq zalları, stadionlar və kafelərdən avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.

Vilayət qubernatoru Apostolos Tzitzikostas yerli sakinləri əndişələnməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi