Yuxarı

​Yunanıstanda 20 min insan kreditorlarla sazişə dəstək olaraq küçələrə çıxıb

Onlar parlament binası qarşısına toplaşıblar

Bakı. 1 İyul. REPORT.AZ/ Ötən gün ən azı 20 min nümayişçi Yunanıstanın baş naziri Aleksis Siprasın əvvəllər təkliflərini rədd etdiyi beynəlxalq kreditorlarla sazişin şərtlərinə dəstək əlaməti olaraq Afina küçələrinə çıxıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, minlərlə insan əllərində Yunanıstan və Avropa İttifaqının bayraqları ilə şəhərin mərkəzində yerləşən parlament binasının qarşısındakı Sintaqma meydanına toplaşıb.

Bazar ertəsi isə bir neçə min insan kreditorların sərt iqtisadiyyat siyasətini davam etdirmək tələblərinə qarşı etiraz edərək Afinanın mərkəzinə toplaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi