Yuxarı

​Yunanıstana keçmək istəyən 20 qaçqın suda boğulub

Onların çıxarılması üçün axtarış-əməliyyat tədbiri görülür

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir əyalətinin Dikli rayonunda Yunanıstana keçmək istəyən qaçqınları daşıyan qayığın batması nəticəsində 20 nəfər boğulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 21 nəfəri xilas edib, 9 nəfərin isə meyitini çıxarıb. Xilas edilənlər bildirib ki, dənizdə daha 11 nəfərin meyiti qalıb. Onların çıxarılması üçün axtarış-əməliyyat tədbiri görülür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi