Yuxarı

​Yunanıstan sahillərində gəmi batıb, 4 nəfər ölüb

Miqrant gəmisində təqribən 50 nəfər olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Yunanıstanın Lesbos adası yaxınlığında Türkiyədən gələn miqrant qayığı qəzaya uğrayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, gəmidə təqribən 50 nəfər olub.

Məlumata görə, iki kişi və iki uşağı xilas etmək mümkün olmayıb.

Son bir neçə gün ərzində miqrant qayıqlarının batması nəticəsində ölənlərin sayı təxminən 100 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi