Yuxarı

​Yunanıstan sahillərində gəmi batıb, 24 nəfər boğulub

Sahil Mühafizə Xidmətindən daha 11 nəfərin itkin düşdüyü bildirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Yunanıstanın Samos adası sahilində göyərtəsində qaçqınlar olan gəminin batması nəticəsində 10-u uşaq olmaqla, 24 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, Yunanıstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları 24 nəfərin meyitini sudan çıxarıb. 10 nəfər isə xilas edilib.

Sahil Mühafizə Xidmətindən daha 11 nəfərin itkin düşdüyü bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi