Yunanıstan sahilləri yaxınlığında 411 sərnişinin olduğu bərə yanır

Yunanıstan sahilləri yaxınlığında 411 sərnişinin olduğu bərə yanır Kapitan hərkəsin gəmidən təxliyə olunması əmrini verib
Digər ölkələr
28 Dekabr , 2014 11:35
Yunanıstan sahilləri yaxınlığında 411 sərnişinin olduğu bərə yanır

Bakı. 28 dekabr. REPORT.AZ/ Yunanıstan Otoni adası yaxınlığında avtomobil daşınmaları ilə məşğul olan bərədə güclü yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə zamanı 222 nəqliyyat vasitəsi ilə yüklü bərədə 411 sərnişin və 55 nəfər şəxsi heyyət olub. Kapitan hərkəsin gəmidən təxliyə olunması əmrini verib.

Yanan bərəyə kömək üçün 3 gəmi yollanıb.

Son xəbərlər

Orphus sistemi