Yuxarı

​Yunanıstan rus turistlərin istirahəti üçün əsas istiqamət olmağı planlaşdırır

Afina Rusiya vətəndaşlarına viza verilməsi prosesini sürətləndirmək niyyətindədir

Bakı. 01 dekabr. REPORT.AZ/ Yunanıstanın Turizm Nazirliyi ölkənin turistlər üçün cəlbediciliyinin artırılması və Yunanıstanı rus turistlərin istirahəti üçün əsas istiqamət etmək üzrə təklif və planlar hazırlayır.

"Report" xəbər verir ki, bu barədə nazirliyin baş katibi Dimitris Trifonopulosa istinadən RİA "Novosti" məlumat yayıb.

"Hazırda Yunanıstan hardasa beşinci sıradadır. Yunanıstan təyyarənin Şarm-əş-Şeyxdə qəzaya uğramasından sonra artıq bəzi addımları atıb və Rusiya tərəfinə rusların Milad və Yeni ili təhlükəsiz şəraitdə Yunanıstanda keçirmələri üçün paket və turlar təklif edib", — deyə o bildirib.

Onun sözlərinə görə, Yunanıstan son hadisələr fonunda Türkiyəyə getməyəcək rus turistləri qəbul etməyə hazırdır. Nazirlik əməkdaşı qeyd edib ki, günəş və dəniz ilə yanaşı, Yunanıstanda mədəni, dini və tibbi turizm də var.

"Bütün ölkəmiz, elə açıq səma altında muzeydir. Bizim arxeoloji abidələrimizi il boyu ziyarət etmək olar. Burada xoş vaxt keçirmək olar", — deyə o bildirib.

Trifonopulos, həmçinin əlavə edib ki, böhran səbəbindən turların qiyməti də düşüb və rus turistlər üçün əlverişli olub.

İdarə nümayəndəsi bildirib ki, Afina Rusiya vətəndaşlarına viza verilməsi prosesini sürətləndirmək niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi