Yuxarı

Yunanıstan prezidenti: "Afina Avrozonanı tərk etməyəcək"

Biz borclarımızı son avroya qədər ödəyəcəyik

Bakı. 27 aprel. REPORT.AZ/ Yunanıstan tədricən bütün kreditorlarına borclarını qaytaracaq və bununla da Avrozonada qalacaq. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Yunanıstan prezidenti Prokopis Pavlopulos Almaniyanın "Spiegel" online nəşrində dərc olunan müsahibəsində deyib. 

"Yunanıstan 70-ci illərdə Avropanın bir hissəsi olmaq üçün mübarizə aparıb", - o qeyd edib. Dövlət başçısı hesab edir ki, məhz buna görə ölkənin Avropa hüdudlarından kənarda olmasını təsəvvür etmək mümkün deyil. 

"Mən ölkənin Avrozonadan çıxması haqqında heç düşünmürəm", - P.Pavlopulos bildirib.

"Biz borclarımızı son avroya qədər ödəyəcəyik. Biz balanslaşdırılmış büdcəni qorumalı və tədricən borc məbləğini azaltmalıyıq", - prezident vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi