Yunanıstan parlamenti baş nazirə saziş imzalama səlahiyyəti verdi

Yunanıstan parlamenti baş nazirə saziş imzalama səlahiyyəti verdi Deputatlar parlamentin növbədənkənar iclasında iqdisadi böhranı müzakirə ediblər
Digər ölkələr
11 İyul , 2015 06:38
Yunanıstan parlamenti baş nazirə saziş imzalama səlahiyyəti verdi

Bakı. 11 iyul. REPORT.AZ/ Yunanıstan parlamenti ölkəyə növbəti yardım paketinin verilməsi üçün baş nazir Alexis Tsiprasın sərt şərtlərini nəzərdə tutan yeni iqtisadi islahatlar planına səs verib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumatına əsasən, parlamentin növbədənkənar iclası zamanı millət vəkilləri, A.Tsiprasa beynəlxalq kreditorlarla saziş imzalama səlahiyyəti veriblər.

Qeyd edək ki, saziş imzalandıqdan sonra bu sənəd bir daha parlamentin müzakirəsinə çıxarılacaq.

Yunanıstan beynəlxalq kreditorlar ilə mürəkkəb və uzunsürən danışıqlar aparır. Avrozona ölkələri Yunanıstandan cümə günü səhərədək xarici maliyyələşmə müqabilində yeni islahatlar planı təqdim etməyi tələb ediblər. Sazişin əldə olunması üçün son vaxt kimi həftə sonu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi