​Yunanıstan növbəti dəfə kreditorlarla razılıq əldə edə bilməyib

​Yunanıstan növbəti dəfə kreditorlarla razılıq əldə edə bilməyib BVF sosial xərclərin azaldılmasını tələb edir
Digər ölkələr
25 İyun , 2015 05:18
​Yunanıstan növbəti dəfə kreditorlarla razılıq əldə edə bilməyib

Bakı. 25 İyun. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksey Sipras kreditorlarla sazişin yekun mətnini növbəti dəfə razılaşdıra bilməyib. Tərəflər arasında ciddi fikir ayrılığı qalmaqda davam edir.

"Report" xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun nümayəndəsi sosial xərclərin azaldılmasını tələb edir, Yunanıstan isə öz növbəsində imkanlı vətəndaşlar üçün vergiləri artırmağa üstünlük verir.

Bunadək Almaniyanın maliyyə naziri Volfqanq Şoyble danışıqlarda irəliləyiş gözləmədiyini bildirmişdi, çünki son günlər Yunanıstan heç bir yeni təklif irəli sürməyib.

Sipras öz növbəsində kreditorları güzəştə getməməkdə ittiham edib.

Son xəbərlər

Orphus sistemi