Yunanıstan: millət vəkilləri yeni plana səs verəcəklər

Yunanıstan: millət vəkilləri yeni plana səs verəcəklər Plana təqaüdlərin ixtisarı, vergilərin artımı kimi tədbirlər əlavə edilib
Digər ölkələr
10 İyul , 2015 21:05
Yunanıstan: millət vəkilləri yeni plana səs verəcəklər

Bakı. 10 iyul. REPORT.AZ/ Yunanıstan parlamenti ölkəyə növbəti yardım paketinin verilməsi üçün baş nazir Alexis Tsipras-ın sərt şərtləri nəzərdə tutan yeni iqtisadi islahatlar planına səs verməyə hazırlaşır. "Report" BBC-yə istinadən xəbər verir ki, yeni təkliflərin məqsədi ölkəni maliyyə iflasından və nəticədə avrozonadan çıxmaqdan xilas etməkdir.

Yeni planın elan olunmasından sonra Avropa birjalarında səhmlərin qiyməti bir qədər artıb. 

Avropa liderlərinin bazar gününə təyin edilən sammitindən əvvəl yeni təklifləri avrozona dövlətlərinin maliyyə nazirləri nəzərdən keçirəcəklər.

Plana təqaüdlərin ixtisarı, vergilərin artımı kimi tədbirlər əlavə edilib.

Müxbirlərin sözlərinə görə, Tsiprasın yeni planına ötən bazar günü referendumunda rədd edilmiş şərtlərin bir qismi daxil edilib.

Güman edilir ki, yeni plan baş nazirin məxsus olduğu Syriza partiyasının sol qanadını təmsil edən millət vəkilləri tərəfindən tənqid oluna bilər.

Hərçənd ki, partiyanın nümayəndəsi Nikos Filis bildirib ki, millət vəkilləri hökumətin yeni təkliflərini dəstəkləyəcəklər.

Syriza nümayəndələrilə görüşü vaxtı cənab Tsipras deyib ki, kreditorların şərtlərini rədd edən referendumdan sonra o ölkənin avrozonada qalmasını nəzərdə tutan daha əlverişli sövdələşməyə nail olmalıdır.

Baş nazir Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəxalq Valyuta Fonduna təkliflərini cümə axşamı təqdim edib.

Cümə günü Afinada yeni planın həm lehinə həm də əleyhinə olanların aksiyaları keçirilib.

Son xəbərlər

Orphus sistemi