Bakı. 6 iyul. REPORT.AZ/ Yunanıstanın maliyyə naziri Yannis Varufakis istefa verib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
İstefanın səbəbləri hələlik açıqlanmayıb.
İyulun 5-də Yunanıstanda referendum keçirilib. Səsvermədə iştirak edən yunanların 61,31%-i kreditorlarla borclar üzrə müqavilə şərtlərinin əleyhinə səs verib.