Bakı. 3 yanvar. REPORT.AZ/ Yunanıstanın Venesuelanın paytaxtı Karakasadakı konsulu Angelos Haritosun meyiti “Altamir Suites” otelində aşkarlanıb.
“Report” xəbər verir ki, məlumata “Aksham” yayıb.
Bildirilib ki, diplomat patoloji səbəblərdən ölüb. Ancaq bütün hallarda araşdırma aparılır. 55 yaşlı diplomat evli və iki uşaq atası idi.